Mayami sakini Robert Levin evini satarkən ənənəvi vasitəçilərdən imtina edərək maraqlı addım atıb. Üç uşaq atası olan Levin daşınmaz əmlak agenti əvəzinə ChatGPT proqramından istifadə edərək mənzilini cəmi beş günə satmağı bacarıb.
Demokrat.az xəbər verir ki, NBC Miami-nin məlumatına görə, Levin satış strategiyasından tutmuş qiymət təyini və elan mətninin hazırlanmasına qədər bütün mərhələlərdə süni intellektin məsləhətlərinə əməl edib. Proqram hətta evin dəyərini artırmaq üçün bəzi otaqların rəngini dəyişməyi və elanı həftə ortası yerləşdirməyi tövsiyə edib. Nəticə gözləniləndən də uğurlu olub. Cəmi üç gün ərzində evə beş müxtəlif təklif gəlib və beşinci gün artıq satış müqaviləsi imzalanıb.

Dörd yataq otağı və üç hamamı olan mənzil 954 min 800 dollara satılıb. Bu məbləğ ərazidəki daşınmaz əmlak agentlərinin proqnozlaşdırdığı qiymətdən təxminən 100 min dollar çoxdur. Levin sənədlərin son yoxlanışı üçün vəkillə məsləhətləşsə də, süni intellekt sayəsində həm vaxta qənaət etdiyini, həm də xərclərini minimuma endirdiyini bildirib.
İsmayıl Demokrat.az


