Eyni yerdə saxlananda bir-birini çürüdə bilən məhsullar var və onları düzgün saxlamaq həm təzəliyi qoruyur, həm də israfın qarşısını alır.
Demokrat.az xəbər verir ki, hər məhsulun ideal saxlama şəraiti fərqlidir:
Pomidor: Soyuducuya qoymayın, dadını itirir. Qaranlıq və sərin yerdə saxlayın. Kartof: Soyuq deyil, qaranlıqda saxlayın. Soyuqda nişastası şəkərə çevrilir. Sarımsaq və Soğan: Ayrı qabda, hava alan yerdə saxlayın. Bir yerdə qalsa, tez xarab olur. Kök: Kağız dəsmala sarıb soyuducunun tərəvəz bölməsində saxlayın, nəm tarazlığını qoruyur. Yaşıl yarpaqlılar: Yaxşıca qurulayın, kağız dəsmala sarın, bağlı torbada saxlayın. Limon: Tam halda soyuducuda saxlayın, yarımdırsa streçləyin. Yumurta: Qapaq hissəsinə deyil, soyuducunun orta rəfinə qoyun ki, istilik sabit qalsın. Çörək: Dilimləyin, dondurucuya atın, çıxanda təzə kimi olur. Alma: Soyuducuda digər meyvələrdən ayrı saxlayın, çünki etilen qazı digər meyvələri çürüdür. Banan: Otaq temperaturunda saxlayın, saplağını streçləyin. Pendirlər: Hava keçirməyən qabda və ya streçlə saxlayın. Süd və Qaymaq: Qapaq hissəsində deyil, orta rəflərdə saxlayın.
Bu qaydalara əməl etmək məhsulların ömrünü uzadır və qida dəyərinin qorunmasına kömək edir.
İsmayıl Demokrat.az

