İqtisadiyyat

bp-nin icraçı vitse-prezidenti Qordon Birrel Bakıya gəldi

bp-nin icraçı vitse-prezidenti Qordon Birrel Bakıya gəldi

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel bu gün Bakıda birgünlük işgüzar səfərdə olub.

Demokrat.az bildirir ki, bu barədə şirkətdən məlumat verilib.

Planlaşdırılmış bu səfər zamanı cənab Birrel bp-nin regiondakı rəhbərliyi ilə görüşlər keçirib.

Səfər çərçivəsində Qordon həmçinin Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri cənab Mikayıl Cabbarov və SOCAR-ın prezidenti cənab Rövşən Nəcəf ilə görüşüb. Bu görüşlərdə bp-nin Azərbaycanda icraçısı olduğu enerji layihələrinin irəliləyişi, həmçinin şirkətin dünya üzrə və regiondakı biznesinin prioritetləri və gedişi müzakirə olunub.

Demokrat.az

NE
Nihadə Eyyubova