Hadisə

Kürdəmirdə ağır qəza: "Audi" dörd piyadanı vurdu

Kürdəmirdə ağır qəza: Audi dörd piyadanı vurdu

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

Demokrat.az"Report"a istinadla xəbər verir ki, hadisə rayonun Aran-1 qəsəbəsində qeydə alınıb.

Belə ki, "Audi" markalı avtomobil ikisi azyaşlı olmaqla, dörd nəfəri vurub.

Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Demokrat.az

NE
Nihadə Eyyubova