“Ümumiyyətlə söyüş söyən adamlardan xoşlanmıram, xoşum gəlmir. Fikirləri, narazılığı, tənqidi isə tənqid kimi ədəbi dildə söyləmək olar. Söyüş söymək yaxşı şey deyil. Hər şey hüquqi çərçivə daxilində olmalıdır. Əgər kimsə hardasa hüquqi çərçivədən çıxırsa və həmin ölkəyə müraciət olunursa, onların məhkəməsi ekstradisiya üçün əsas görürsə, adamı ötürürlər geriyə. Yox, əgər əsas görmürlərsə, elə də qalır”.
Bunu Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Demokrat.az-a açıqlamasında deyib. O bildirib ki, heç kimi fikrinə görə cəzalandırmaq olmaz:
“Söyüş isə başqa məsələdir - bir var deyirsən ki, bu adamdan mənim xoşum gəlmir, bir də bu adamı söyüşlə söyürsən. Söyüş ümumiyyətlə düzgün deyil. Amma fikrin ifadə tərzindən asılı olaraq, fikri insan dilində, söyüşsüz ifadə eləyirsənsə, fikir olaraq qalır. Bəli, mən inciyə bilərəm, bəli, əgər yalandırsa, mən yalana görə məhkəməyə müraciət edə bilərəm. Tərbiyə və jurnalistikanın etik normaları çərçivəsi nəzərə alınmalıdır. Bu adamlar söyüş söyürlərsə, əgər əlimiz çatırsa, gətirək. Digər ölkələrdə bu tipli hadisələrdə həmin müraciətə məhkəmə baxır və məhkəmə iddianı düzgün sayırsa, onda təhvil verə bilər. Əgər ölkələr arasında ekstradisiya haqqında sənədlər imzalanıbsa, yaxud müqavilə varsa həmin şəxslər geri göndərilir”.
Xatırladaq ki, sosial şəbəkələrdə “söyüş bloqeri” kimi tanınan şəxslər arasında adları tez-tez hallananlar Tural Sadıqlı və Qabil Məmmədovdur. Onların paylaşımlarında canlı yayımlar zamanı təhqir, söyüş və aqressiv ifadələrdən istifadə etməsi diqqət çəkir. Bu tip bloqerlər adətən mübahisəli çıxışlar edir, digər sosial media istifadəçilərini hədəfə alır, qalmaqallı mövzular üzərindən izləyici toplamağa çalışırlar. Bəzi hallarda şəxsi münasibətlərin, qarşıdurmaların və ya sosial problemlərin kobud üslubda müzakirəsi onların əsas kontent xəttini təşkil edir.
Həmçinin oxu:
Martda 17 gün iş olmayacaq — Maaşlar belə hesablanacaq
Bu kənddə iftar vaxtı evdə yemək bişirmək qadağan edildi
'O ailə məhz Ofelya Şabanovaya görə dağılmışdı'
Leyla Turan
Demokrat.az