Maduronun oğlu atasının vəziyyətini qiymətləndirib

DÜNYA 11 yanvar 2026, 13:27
ABŞ-nin əməliyyatı nəticəsində oğurlanan və hazırda Amerikada saxlanılan Venesuela Prezidenti Nikolas Maduro özünü yaxşı hiss edir.

Demokrat.az yerli mediaya istinadən xəbər verir ki, bunu onun oğlu Nikolas Maduro Gerra Venesuela Vahid Sosialist Partiyasının qurultayında bildirib.

"Vəkillər bizi əmin etdilər ki, o, özünü yaxşı hiss edir", - Maduro Gerra deyib.

O qeyd edib ki, oğurlanan Venesuela Prezidentinin göndərdiyi mesaj onun özünü yaxşı hiss etdiyini təsdiqləyir. Bundan əlavə, siyasətçi tərəfdarlarına kədərlənməməyi tövsiyə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

21 sentyabr 2026, 21:44
Top