Sosial

Salyanda Sarvan kəndində səyyar qəbul keçirildi — FOTOLAR

Salyanda Sarvan kəndində səyyar qəbul keçirildi — FOTOLAR

Salyanda növbəti səyyar qəbul Sarvan kəndində keçirilib.

Demokrat.az xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun sakinlərlə görüşü Sarvan kənd tam orta ümumtəhsil məktəbinin binasında baş tutub.

Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Rayon İcra başçısı səmimi söhbət əsasında keçən qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Salyanda Sarvan kəndində səyyar qəbul keçirildi — FOTOLAR
Salyanda Sarvan kəndində səyyar qəbul keçirildi — FOTOLAR
Salyanda Sarvan kəndində səyyar qəbul keçirildi — FOTOLAR
Salyanda Sarvan kəndində səyyar qəbul keçirildi — FOTOLAR
Salyanda Sarvan kəndində səyyar qəbul keçirildi — FOTOLAR

NE
Nihadə Eyyubova