“Mən elə hesab edirəm ki, qəti şəkildə məktəblərdə şagirdlərin telefondan istifadəsinə qadağa qoyulmalıdır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, telefon bir tərəfdən insanların gündəlik həyatına töhfə verirsə, digər tərəfdən onların həyatını cəhənnəmə döndərib:

“Hər yerdə insanlar telefondadırlar, heç kim heç kimi dinləmir, hamı bütün həyatını telefon üzərində qurub. Telefonun məktəbə daşınması da gənclərə təsir göstərir. Telefonlar artıq asılılıq yaradır, insanlar artıq xəstələniblər.
Ona görə düşünürəm ki, həm şagirdlərin, həm də müəllimlərin telefondan istifadə etməsi onlara ciddi təsir göstərir. Ciddi bir qadağanın qoyulmasına ehtiyac var. Mütləq şəkildə bunu etməliyik. Çünki hətta bəzən dərs vaxtı şagirdə zəng gəlir, gizli şəkildə telefondan dərs vaxtı istifadə edirlər. Bu məsələdə ciddi qadağa və məhdudiyyətlər olmalıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az