“Xidmət personalının peşəkarlıq səviyyəsi turizm sahəsində əsas məsələlərdən biridir”.
Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.
O, bildirib ki, bəzi turistik bölgələrdə xidmət göstərən işçilərin qonaq mədəniyyəti, xarici dil biliyi və ünsiyyət bacarıqları kifayət qədər yüksək deyil:
“Bu isə turistlərə soyuq münasibət və ya kobud davranışla nəticələnə, onların narazılığına səbəb ola bilər.Turist üçün rahat olmayan şərait ümumi təəssüratı mənfi təsirləyir. Məsələn, bəzi çimərliklərdə, ictimai tualetlərdə və qida obyektlərindəki zəif sanitar vəziyyət turistlərin əsas narazılıqlarındandır”.
Ekspert bildirib ki, xidmət keyfiyyəti turizmin imicini formalaşdıran əsas amildir:
"Bu sahədə xidmət personalına mütəmadi təlimlər keçirilməli, qiymət və xidmətə nəzarət mexanizmləri gücləndirilməli, “turist dostu şəhər və bölgə” konsepsiyası formalaşdırılmalıdır.
Belə addımlar ölkəyə gələn turistlərin məmnunluğunu artırar, onların tövsiyələri vasitəsilə daha çox turistin cəlb olunmasına şərait yaradar".
Qeyd edək ki, bu il ölkəyə gələn turistlərin 108 min 237 nəfəri və ya 11,4%-i göstərilən xidmətləri qənaətbəxş hesab etməyiblər.
Əfsanə Kamal
Demokrat.az