"Formula 1" yarışına görə tədris ili gec başlayacaq? — RƏSMİ

SOSİAL 26 avqust 2025, 18:48
Sosial şəbəkələrdə yayılan iddialara görə, "Formula 1" yarışlarına görə məktəblərdə tədris ili 15 sentyabrda deyil, daha gec başlaya bilər.

Demokrat.az
bununla bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki,  əgər bununla bağlı hər hansı dəyişiklik edilsə, əhaliyə məlumat veriləcək:

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin həyata keçiriləcəyi ərazilərdə müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar veriləcəyi təqdirdə, aidiyyəti üzrə ictimaiyyətə məlumat veriləcəkdir".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top