Nuranə Babayeva şöbə müdiri təyin olundu

SİYASƏT 22 avqust 2025, 11:46
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat Xidmətinə yeni rəhbər təyin edilib.

Demokrat.az xəbər verir ki, mətbuat xidməti şöbəsinin müdiri vəzifəsinə Nuranə Babayeva gətirilib.

Yeni təyinat çərçivəsində N.Babayeva Kəlbəcər rayonunda aparılan bərpa və tikinti layihələrini, həmçinin qurumun fəaliyyətini ictimaiyyətə düzgün şəkildə təqdim etməkdə məsuliyyət daşıyacaq.

Qeyd edək ki, Nuranə Babayeva bundan əvvəl YAŞAT Fondunda fəaliyyət göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 avqust 2025, 12:32
Top