İsti içkilər boğaz xərçənginə səbəb olmur, lakin onların tez-tez istifadəsi qida borusu şişlərinin inkişaf ehtimalını artıra bilər.
Oxu.Az-ın xəbərinə görə, bunu "The Conversation" nəşrinə Qərbi Sidney Universitetinin qastroenteroloqu Vincent Ho deyib.
Onun sözlərinə görə, bu vəziyyətdə isti içki qəbulunun tezliyi və qurtumun ölçüsü həlledicidir.
Mütəxəssisin fikrincə, isti içki istehlakı ilə mədə xərçəngi arasında əlaqəyə dair kifayət qədər dəlil də yoxdur. Eyni zamanda, 2016-cı ildə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi çox isti içkilərin qəbulunu - 65 °C-dən yuxarı - "insanlar üçün ehtimal ki, kanserogen" kimi təsnif edib.
Ho qeyd edib ki, bu qrupa həmçinin qapalı otaqlarda odun yandırılması nəticəsində yaranan emissiyalar və qırmızı ətin həddindən artıq qəbulu daxildir.
"Alimlər həmçinin müəyyən ediblər ki, təkcə içkinin temperaturu deyil, həm də qurtumun ölçüsü vacibdir. 65 °C temperaturda böyük bir qurtum qəhvə - təxminən 20 millilitr - yemək borusunda temperaturu 12 °C artırır. Vaxt ötdükcə bu, hüceyrənin zədələnməsinə səbəb ola bilər", - deyə Ho izah edib.