Güney azərbaycanlı fəal: “İran generalları yatağında vurulmuş ölkədir”

GÜNDƏM 13 avqust 2025, 17:27
“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalda qalması ən çox Rusiya və İranın işinə yarayırdı. İran bölgədə Ermənistana dəstək verirdi. Qarabağ Zəfəri İranın Cənubi Qafqaz siyasətinin iflası oldu. Hətta Cənubi azərbaycanlılara qarşı siyasətinin də böyük ölçüdə iflası deməkdir”.

Bunu Demokrat.az-a açıqlamasında güney azərbaycanlı fəal, siyasi şərhçi Məhsa Mehdili deyib. 

O bildirib ki, İranın ən çox qorxduğu, Ermənistan və Azərbaycanın aralarında olan bəzi problemləri həll etməsi, Zəngəzur dəhlizinin açılmasında razılaşmaları idi:

“İranın aqressiv bəyanatlar verməyinə baxmayın, generalları yataqlarında vurulmuş ölkədir. İsraillə İran arasında olan son qarşıdurmada gördük ki, İranın özündən arxayın şəkildə öyündüyü sistemi bircə gündə məhv edilə bilər. 40 ildir ölkənin bütün resurslarını ya proksi qüvvələrinə, ya da nüvə silahı əldə edilməsinə sərf edirlər. Hətta, İran öz xalqını su və elektriklə təmin edə bilmir, ABŞ-yə, Qərbə nə edə bilər ki? İran heç bir şey edə bilməyəcək.

İran həm silah cəhətdən, həm təhlükəsizlik və xarici diplomatiya cəhətdən, həm də daxili vəziyyət cəhətdən zəif bir nöqtədədir. Bəlkə Ermənistanı müəyyən addımlarla yanına çəkməyə çalışa bilər. Amma yavaş-yavaş Ermənistanın ağlı başına gəlir, təbii ki, İranı yox, ABŞ-ni seçər. Yəni, İran öz siyasəti nəticəsində bölgədə tək qalıb. Çünki İranda dövlət ağlı yoxdur”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avqust 2025, 19:20
Top