Quru sərhədlər bu halda açılacaq — Deputat AÇIQLADI

GÜNDƏM 13 avqust 2025, 17:20
“Ölkə rəhbərliyi insanlarımızın təhlükəsizliyini, Azərbaycanın sabahını düşünərək bu addımı atdı. Quru sərhədlərin açılması ilk imkan yaranan kimi mütləq baş verəcək”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, bu, zaman məsələsidir:

“Bizim quru sərhədlərimiz təkcə Ermənistanla deyil, digər dövlətlərlə də var. Məsələyə kompleks baxılacaq. Əlbəttə ki, əgər Azərbaycanın daxili təhlükəsizliyi üçün hər hansı bir təhdid yoxdursa və sərhədlərimizin bağlı qalmasını vacib edən məsələlər aradan qalxıbsa, sərhədlər açıla bilər”.

Qeyd edək ki, “Ağ Ev”də Ermənistanla sülh sazişinin paraflanmasından və sülh mətninin yayımlanmasından sonra quru sərhədlərin də açıla biləcəyi məsələsi yenidən gündəmə gəlib.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avqust 2025, 19:20
Top