Biləsuvardakı qəzada ölənlərin və xəsarət alanların kimliyi bilindi — ADLAR

HADİSƏ 11 avqust 2025, 23:17
Xəbər verdiyimiz kimi, bu gün Biləsuvar rayonunun köhnə Ələt–Astara avtomobil yolunda “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Bizim.Media xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü Biləsuvar sakini Ağalı Cəfər Naib oğlu olub.

Avtomobildə sərnişin qismində 1961-ci il təvəllüdlü Qurbanov Gülağa Rəhim oğlu və 1975-ci il təvəllüdlü Orucova Şəhla Hüseynağa qızı olub. Hər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Digər nəqliyyat vasitəsi – “VAZ 21015” markalı avtomobilin sürücüsü Cəbrayıl rayon sakini, 1993-cü il təvəllüdlü Elşən Niftəliyev və onun 2 aylıq körpəsi Ahu Niftəliyeva hadisə yerində dünyasını dəyişiblər.

Sürücünün həyat yoldaşı, 1996-cı il təvəllüdlü Günay Niftəliyeva isə xəsarət alaraq sözügedən xəstəxanaya çatdırılıb.

Ümumilikdə hadisə nəticəsində 3 nəfər – 2 qadın və 1 kişi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları qoyulub.
 
Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasına görə, qəza saat 18:15 radələrində köhnə Ələt–Astara avtomobil yolunun 90.5-ci kilometrliyində baş verib. “99BB480” dövlət qeydiyyat nişanlı “Mercedes” və “99SS957” dövlət qeydiyyat nişanlı “VAZ 21015” markalı avtomobillər toqquşub.

Hazırda faktla bağlı araşdırma aparılır, qəzanın səbəbləri və digər təfərrüatlar müəyyənləşdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top