“Sülh yaxındadır” — Deputat müjdə verdi

GÜNDƏM 06 avqust 2025, 10:05
“Əsas və önəmli məsələ odur ki, bu gün Azərbaycan və Ermənistan arasında bir kommunikasiya mövcuddur. Bu gün tərəflər davamlı olaraq müxtəlif məsələləri müzakirə edirlər. Artıq sülh müqaviləsi hazırdır. Əsas prinsiplər və maddələr razılaşdırılıb”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bir müddət bundan əvvəl Əbu-Dabidə prezidentlərin görüşü oldu:

“Burada bir sıra məsələlər üzrə tərəflər arasında razılaşmalar əldə olundu. Eyni zamanda, ABŞ tərəfindən də bir sıra mühüm və önəmli açıqlamalar verildi. Bu açıqlamalarda qeyd olundu ki, ABŞ bu prosesi tam şəkildə dəstəkləyir və bu istiqamətdə prosesə töhfə vermək üçün gərəkən addımları atmağa hazırdır. 

Artıq tərəflər mühüm bir mərhələdədirlər. Bu mərhələnin mahiyyəti ondan ibarətdir ki, artıq tərəflər sülhə doğru irəliləyirlər. Hazırda əsas məsələ odur ki, razılaşma var və bu razılaşma istiqamətində müəyyən addımlar atılır. 

Digər məsələlər zamanla ictimaiyyətə açıqlanacaq və bu barədə məlumat veriləcək”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top