
Həmkəndlilər arasında dava onlardan birinin ölümü ilə nəticələnib.
Demokrat.az xəbər verir ki, hadisə Şəkinin Baş Göynük kəndində baş verib.
Hadisəyə səbəb voleybol oyunu zamanı işlədilən təhqiramiz ifadə olub.
Evinin yaxınlığındakı meydançada söyüş söyülməsindən əsəbiləşən kənd sakini, 39 yaşlı Paşa Yusibov kəsici alətlə həmkəndliləri - 38 yaşlı Dəyanət Həşimova və 24 yaşlı Bünyad Babazadəyə xəsarət yetirib.
Dəyanət Həşimov aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib. Bünyad Babazadə isə boyun nahiyəsindən xəsarət alıb.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Cinayəti törətməkdə şübhəli bilinən Paşa Yusibov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.