Bu şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq — FƏRMAN

DAXİLİ SİYASƏT 28 iyul 2025, 14:10
Prezident fərmanı ilə “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslər” siyahısında dəyişiklik edilib

Demokrat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Yeni fərmana əsasən, siyahının 18-ci hissəsi ləğv olunub.

Eyni zamanda, 19-1-ci hissə yeni redaksiyada təqdim edilib. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi üzrə aşağıdakı şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq:

Nazirliyin müstəqil şöbələrinin müdirləri;

Nazirliyin tabeliyindəki “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri;

Nazirliyin strukturuna daxil olan “Cihaz İstehsalat Birliyi” MMC-nin baş direktoru.

Qeyd edək ki, bu dəyişikliklər 2019-cu ildən qüvvədə olan əsas sənədə edilən növbəti əlavələrdəndir və aidiyyəti üzrə hüquqi və inzibati təminatlara təsir göstərir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyul 2025, 20:47
Top