EasyJet aviaşirkətinin Luton–Qlazqo reysində insident baş verib. Belə ki, bir sərnişin “Allahu Əkbər” qışqıraraq təyyarədə bomba olduğunu bildirib. Bu səbəbdən hava gəmisinin təcili eniş etməsinə qərar verilib.
Demokrat.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.
Şahidlərin sözlərinə əsasən, kişi tualetdən çıxaraq əllərini qaldırıb və bortda bomba olduğunu elan edib.
O, “Təyyarəni dayandırın, bombanı tapın. Amerikaya, Trampa ölüm olsun,” – deyə qışqırıb.
Daha sonra “Allahu Əkbər” sözlərini səsləndirib. Hadisəyə dərhal reaksiya verən üç sərnişin onu zərərsizləşdirərək yerə yıxıb. Ekipaj üzvləri isə həmin şəxsin əl çantasını baqaj rəfindən endiriblər.
Təyyarə dərhal təcili eniş edib. Eniş zamanı hava limanında artıq polis qüvvələri hazır vəziyyətdə olub.
Şotlandiya hüquq-mühafizə orqanlarının məlumatına görə, 41 yaşlı şəxs hadisə yerində saxlanılıb və hazırda polis nəzarətindədir.