"Utilizasiya prosesi köhnə avtomobillərin istismardan yığışdırılmasına xidmət edir, ətraf mühitə zərərli maddə kimi atılmasının qarşısını alır. Avtomobil utilizasiya fonduna təhvil verilir ki, orada da utilizatorlar həmin nəqliyyat vasitələrini qaydalar çərçivəsində yox edirlər, yəni maddələr torpağa qarışmır, havaya, suya atılmır.
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

"Azərbaycanda utilizasiya ənənəsi formalaşmayıb. Uzun illər bu sahədə boşluq oldu. İndi kəndlərdə, rayonlarda köhnə maşınlara çox rast gəlinir. Təkər, detal yox, quru material qalıb, yəni bu eybəcər bir variantdır. İnsanlar həmin avtomobilləri təhvil verirlər və dövlət tərəfindən onlara bu cür avtomobillərə görə normal bir məbləğdə ödəniş olunur. Bir az normal vəziyyətdə olan avtomobillərlə müqayisədə bu məbləğ çox azdır. Bəzi insanlar var ki, ailəsinin dolanışığı o maşından çıxır. Onun da bazar dəyəri 2000-3000 manatdır. Amma dövlət ona 1500 manat pul verir, hələ o da nağd şəkildə alsa, 1000 manat, qalanı faiz tutulur. Bəzi adamlar üçün bu məbləğ toy-bayramdır, bəzi adamlar üçün ağır şərt. Ona görə təklif edirik ki, utilizasiya prosesində qiymətləndirmə fərdi qaydada aparılsın, insanların sosial durumu nəzərə alınsın. Bunu da nəzərə alsaq, utilizasiya çox maraqlı və həvəsləndirici bir sistem kimi insanların könüllü şəkildə müraciət edə biləcəyi bir mənbə rolunu oynayacaq".
Əfsanə Kamal
Demokrat.az