Bakıda DƏHŞƏT: "Laqonda" kişinin üzünü kəsdi — FOTO

HADİSƏ 25 iyul 2025, 10:11

İyulun 22-də 35 yaşlı kişi ovuc daşlayıcı ("laqonda") travması nəticəsində üz nahiyəsində, alt və üst göz qapaqlarında və üzün bir hissəsində çox sayda kəsik xəsarəti ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Demokrat.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Bildirilib ki, xəstənin vəziyyəti nəzərə alınaraq ona dərhal plastik və rekonstruktiv əməliyyat təyin olunub.

Hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir və o, kontrol müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb.




 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top