Azərbaycanda iki nəfəri ilan sancıb

HADİSƏ 25 iyul 2025, 09:27
Şəkidə 54 yaşlı kişini ilan sancıb.

Demokrat.az  APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Aşağı Göynük kənd sakini 54 yaşlı Cəlil Səməd oğlu Zamanov yaşadığı evin həyətyanı sahəsində işləyərkən qəfildən onu sağ əlindən ilan sancıb.

C.Zamanov yaxınlarının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb.

C.Zamanova lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. Onun vəziyyəti ağır qiymətləndirilir, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Digər hadisə isə Ağsuda qeydə alınıb. Rayonun Curuxlu kəndində 2008-ci il təvəllüdlü Emin Heybet oğlu Eyyubovu ilan sancıb.

Təcili olaraq Rayon Mərkəzi Xəstəxanasına çatdırılan kənd sakininin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top