Gəncə şəhərində tanışlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2023-cü ilin iyulun 13-də Gəncə şəhəri, Süleyman Tağızadə küçəsində yerləşən “köhnə qəbiristanlıq” adlanan ərazidə baş verib.
Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Xəyal həmin gün gecə saat 1 radələrində tanışı Vəlinin ona verdiyi 70 manat borcunu geri istəməsi zamanı aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Bu zaman o, üzərində gəzdirdiyi kəsici-deşici alətlə zərərçəkmiş şəxsin döş qəfəsinin sol arxa səthinə bir dəfə qəsdən zərbə vurub.
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən müttəhim ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilməyib. O, özünü yalnız həmin məcəllənin 126.1-ci maddəsi ilə təqsirli bilib.
İfadəsində göstərib ki, hadisə vaxtı o özünü müdafiə edib: “Vəli mənim dostum olub və bizim hər günümüz bir keçib. Aramızda anlaşılmazlıq olub. Vəli yaş baxımından məndən kiçik olub. Ondan ehtiyacım olduğu üçün 70 manat pul almışam və həmin məbləği yaxın müddətdə qaytarılmasını vəd vermişəm. Vəli məndən pulunu istədi. Məni evə düşürməyini xahiş etdim. Mən evə çatan zaman evinin qarşısında Vəli ilə aramızda narazılıq və yüngül səs-küy oldu. Həmin vaxt ona “niyə səs-küy salırsan, sabah söhbət edərik” dedim. Bundan sonra Vəli dedi ki, otur maşına, “Dalğa” marketin yanına gedək. Biz həmin əraziyə getdik. Ora gedən zaman xalam oğlu Novruz da həmin əraziyə gəldi. Həmin ərazidə aramızda mübahisə oldu. Vəli yenə də dedi ki, otur maşına, söhbətə gedək. Avtomobilə əyləşdim və qəbiristanlıq adlanan əraziyə gəldik. Avtomobildən düşən zaman xalam oğlu da ora gəldi. Xalam oğluna məsələni izah etmək istədim. Həmin vaxt Vəli məni yumruqla vurdu və mən yerə yıxıldım, xəsarətlər aldım. Yerdə olarkən məni təpik və yumruqla vurdu. Həmin vaxt xalam oğlu bizi araladı. Bu zaman Vəlinin əlini belinə aparmasını gördüm. Vəlinin məni bıçaqla vurmaq istədiymi düşündüm”.
Xəyal bildirib ki, daha sonra özünü müdafiə etmək üçün bıçaqla Vəliyə xəsarət yetirib: “Mən qəsdən Vəlinin hər hansı bir nahiyyəsinə vurmaq istəmədim. Sadəcə olaraq əlimdəki bıçağı fırlayan zaman Vəli xəsarət aldı. Ona xəsarət yetirdikdən sonra həmin ərazidən qaçmadım. Həmin vaxt hadisə yerində 2 avtomobil olub. Xalam oğlu Vəlini öz avtomobilinə əyləşdirdi. Mən də avtomobilə əyləşdim. Avtomobili Nurlan idarə etdi. Nurlan məni evimizin yanında düşürdü. Həmin vaxt üst-başım bulaşıq olub. Həmçinin paltarım üzərində qan ləkələri olub. Dava-dalaş zamanı mən də xəsarət aldım”.
İş üzrə zərərçəkmiş Vəlinin sözlərinə görə, hadisə vaxtı yüngül xəsarət alıb: “Xəyal mənim dostumdur, uşaqlıqdan bir yerdə böyümüşük. Hadisə mənim günahımdan baş verib. Xəyalı qəbiritanlığa aparmışam, orada mübahisə baş verib. Mübahisə pul üstündə olub. Xəyala 70 manat pul vermişəm və 3-4 ay sonra pulumu istəmişəm. O isə verəcəyini deyib. Lakin 1-2 gün keçməsinə baxmayaraq qaytarmayıb. Həmin pulun üstündə mübahisə baş verib. Xəyalı erməni qəbirstanlığına aparmışam və həmin vaxt Xəyalı vurmuşam. Belimdəki kəmərini düzəldən zaman Xəyal onu bıçaqla vurmaq istədiyimi zənn etdiyindən bıçaqla məni vurub və xəsarət almışam”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəyal 5 il 6 ay azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az