280 nəfərin olduğu gəmi YANIR

DÜNYA 20 iyul 2025, 18:06
İndoneziya sahillərində göyərtəsində 280 nəfərin olduğu sərnişin bərəsi yanır.

Demokrat.az-ın məlumatına görə, bu barədə "U.S. Sun" məlumat yayıb.

Bildirilir ki, onlarla insan çıxılmaz duruma düşüb.

Bərənin aşağı hissəsində tüstülənmə başladıqdan sonra sərnişinlər arasında panika başlayıb.

Sosial şəbəkələrdəki görüntülərdə sərnişinlərin qışqıraraq kömək istədikləri, bəzilərinin isə özlərini suya atdıqları görünür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 iyul 2025, 20:45
20 iyul 2025, 17:36
Top