ABŞ-də təyyarə havada olarkən alovlandı

DÜNYA 20 iyul 2025, 14:59
ABŞ-nin "Delta Airlines" şirkətinə məxsus təyyarə havaya qalxarkən mühərriklərindən birinin alovlanmasından sonra Los-Anceles aeroportuna qayıtmaq məcburiyyətində qalıb.

Demokrat.az bu barədə "BBC News"a istinadla xəbər verir.

Bildirilir ki, "Boeing 767-400" təyyarəsi Los-Ancelesdə havaya qalxanda sol mühərriki alovlanıb.

Los-Ancelesdən Atlantaya uçuş etməli olan təyyarə daha sonra dövrə vuraraq Los-Ancelesdə eniş edib.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 iyul 2025, 17:36
Top