Kürdəmirdə kütləvi zəhərlənənlərin sayı 24-ə çatdı — YENİLƏNİB

HADİSƏ 20 iyul 2025, 12:11
Kürdəmir rayonunda kütləvi zəhərlənən şəxslərin sayı 24 nəfərə çatıb.

Bu barədə Demokrat.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zəhərlənən şəxslərdən 6-sı uşaq olmaqla, 14-ü qadın, 10 nəfəri isə kişilərdir.

Hazırda bütün xəstələr ambulator müalicə üçün evə buraxılıb.

Daha əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a bildirilib ki, "Naftalan" ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə AQTA əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb.

***
10:10

Kürdəmir rayonu, Xırdapay kəndində "Naftalan" ailəvi restoranında baş vermiş zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb.


Bu barədə Demokrat.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, həmin kənddə fəaliyyət göstərən, fiziki şəxs Elşən Qıtan oğlu Əzizova məxsus "Naftalan" restoranında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb ediblər.

Eyni zamanda, hadisə nəticəsində zərər çəkmiş şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.

***
09:08


Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.

Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.

Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.

Xəstəxanaya yerləşdirilənlərin hamısı Kürdəmir rayon sakinləridir

Səlimli Ümüd İlkin oğlu - 2010-cü il təvvəlüdlü

Şirəliyeva Firuzə Şaxtalı qızı - 1992-ci il təvvəlüdlü

Şirəliyeva Aydan Məmməd qızı - 2009-cu il təvvəlüdlü

Məmmədova Könül İlqar qızı - 1992-ci il təvvəlüdlü

Orucova Səadət Mehrab qızı - 2002-ci il təvvəlüdlü

Şəmiyev Mübariz Ənnağı oğlu - 1979-cu il təvvəlüdlü

Şəmiyeva Samirə Qara qızı - 1983-cü il təvvəlüdlü

Məmmədov Ramil Möhkəm oğlu - 1986-cı il təvvəlüdlü

Şəmiyev Ümid Mübariz oğlu - 2002-ci il təvvəlüdlü

Şəmiyeva Xatun Mübariz qızı - 2006-cı il təvvəlüdlü

Əsgərli Qurban Nizami oğlu - 2010-cu il təvvəlüdlü

Sultanlı Sehrayə İntiqam qızı - 2015-ci il təvvəlüdlü

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top