Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi

DÜNYA 19 iyul 2025, 17:38
Ermənistanın baş naziri Nikol Paşinyanla İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir ki, hökumət başçısı İsraillə iyunda gərginliyin artması nəticəsində insan itkisi ilə bağlı Pezeşkiana başsağlığı verib. Regional və beynəlxalq məsələlər müzakirə edilib.

Paşinyan Pezeşkianı Ermənistana rəsmi səfərə dəvət edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top