Saatlıda ölən yeniyetmə də futbolçu imiş

HADİSƏ 19 iyul 2025, 10:18
Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Araz çayının Saatlı rayonundan keçən hissəsində Saatlı rayon sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu boğularaq vəfat edib.

Demokrat.az xəbər verir ki, 13 yaşlı Kənan “Araz Saatlı” futbol klubunun üzvü imiş. O, klubun U-14 komandasında qapıçı mövqeyində çıxış edirmiş.

Xatırladaq ki, iyulun 17-də Bakıda da yeniyetmə futbolçu dənizdə çimərkən boğularaq ölüb. “Zirə” futbol klubunun akademiyasının U-16 komandasının üzvü Fərid Şahverdiyev Şüvəlan çimərliyində bədbəxt hadisə nəticəsində həyatını itirib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 iyul 2025, 14:03
Top