"Epidemioloji vəziyyət bir qədər qarışıqdır. COVID-19 pandemiyası bitsə də, epidemik ocaqlar davam edir. Omikron ştamlı mutasiya variantları davam edir. Müxtəlif xəstələrdə virusun orqanizmdə yaşam imkanları yaranır ki, orada onlar mutasiyaya uğrayaraq yayılır. Omikronun mutasiya variantları bu cür orqanizmlərdə davam edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib:
O bildirib ki, yüksək hərarət, boğaz ağrısı, burun axması, burun tutulması, öskürək, xüsusilə də burunun öz başına axması, əzələ ağrıları, oynaq ağrıları müxtəlif respirator xəstəliklərin əlamətləri kimi davam edir:
"Bundan başqa influenzanın formaları, A qripinin forması, metapneumovirusun formaları var. İdentifikasiya olmuş virusun adı rəsmən deyilmədiyinə görə, biz artıq xaricdə yayılmış məlumatların hesabına mühakimə yürütmək zorundayıq. Amma istənilən halda, bu infeksiyalardan qorunmağın yolu gigiyenik qaydalara riayət etməkdir.
Bununla yanaşı, xəstələndiyi halda insanların yataq rejimində olması, bol maye qəbul etməsi tövsiyə olunur. Uşaqlarda xüsusilə bu vacibdir. Temperatur qalxan kimi onu dərhal endirməyə çalışmaq lazım deyil, bu, bədənin reaksiyasıdır".
Professor bildirib ki, mümkün qədər yoluxmamağa çalışmaq lazımdır:
"Bəzən təəssüflər olsun ki, infeksiyaların, yoluxmaların səbəbləri kondisioner altında yatmaq, bədəni həddən artıq soyutmaq, havaya uyğun geyim forması seçməməkdir. Bütün bunlar özləri də xəstələnmə səviyyəsini artırır".
Əfsanə Kamal
Demokrat.az