Mal ətində bahalaşma nə vaxta kimi davam edəcək?— Ekspertdən AÇIQLAMA

GÜNDƏM 15 iyul 2025, 15:12
"İlin yay aylarında ətin və diri mal-qaranın bazar qiyməti xeyli yüksəlir. Bəzən bunu yemin bahalaşması ilə əlaqələndirirlər. Hazırda ot bağlarının və yarmaların qiyməti keçən ilə nisbətən əsassız sürətdə yüksəlməyib. Bəs nə üçün diri mal-qaranın, ətin qiyməti yüksəlib?Müzəffər orudumuz, Ali Baş Komandanımız Azərbaycanın bütövlüyünü təmin etdikdən sonra kifayət qədər böyük sayda xırda və iribuynuzlu mal-qara yaylaqlara girir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev deyib. 

O bildirib ki, yaylaq dövründə məsafə uzaqlığı və digər səbəblərə görə insanlar heyvanları bazara çıxarmaq imkanlarından məhrum olurlar:

"Aran rayonlarında isə hava kifayət qədər isti olduğu üçün mal-qara sürətlə çəki itirir. Çəki itirən heyvanı sahibkar satmaq istəmir ki, payızda çəkisi bərpa olunduqdan sonra satışa çıxarsın. Bu səbəbdən ilin isti vaxtlarında bazara satılıq mal-qara az sayda çıxarılır. Tələb təklifi keçdiyi üçün bahalaşma baş verir. Ölkədə məhərrəm ayı ilə əlaqədar olaraq da sahibkarlar bazara mal-qara çıxarmır. Tələbatlar qarşılanmadığına görə qiymətlər diqqət çəkməyəcək dərəcədə də olsa, yüksəlir. Buna uyğun olaraq süd və süd məhsullarında da qiymət artımı müşahidə olunur. Bu, keçici haldır. Əminəm ki, payız mövsümündə qiymətlər əvvəlki mövcud qiymətinə qayıdacaq".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top