Egey dənizində güclü zəlzələ baş verib

DÜNYA 10 iyul 2025, 09:58
Türkiyənin sahillərini yuyan Egey dənizində 4.6 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentrinin 11.1 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.

Egey dənizi sahilində yerləşən yaşayış bölgələrində dağıntı və tələfat barədə məlumat verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top