Fərid Abuşov işdən çıxdı

İQTİSADİYYAT 08 iyul 2025, 16:32
"Unibank" ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov işdən çıxıb.

Demokrat.az bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, "Unibank"ın səhmdarlarının qərarına əsasən, onun vəzifəsini müvəqqəti olaraq müavini Heybət Qədirov icra edəcək. O, 2008-ci ildən Bankda çalışır.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,386 milyon manatdır. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 iyul 2025, 19:22
Top