"Azərbaycan millisi ölkə qadın basketbolu tarixində ilkə imza atdı" — Emin Əmrullayev

İDMAN 05 iyul 2025, 09:25
18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunun ilk oyununda əzmkar qələbə qazanaraq ölkə qadın basketbolu tarixində ilkə imza atıb.

Demokrat.az-n məlumatına görə, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev şəxsi feysbuk hesabında yazıb.

ABF rəhbəri tarixi qalibiyyət münasibəti ilə yığmanı təbrik edib: "Sizə afərin, sizə əhsən. Böyük qələbələrimiz hələ irəlidədir. Uğurlar".

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bosniya və Herseqovina seçməsini 83:81 hesabı ilə üstələyib. Komanda qrupda növbəti oyunu bu gün, Bakı vaxtı ilə saat 21:30-da Ukrayna seçməsinə qarşı keçirəcək. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top