Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib — FOTO

XARİCİ SİYASƏT 02 iyul 2025, 19:48
Azərbaycan və Almaniya Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X"də yazıb.

"Bu gün Berlində Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında məhsuldar siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan nümayəndə heyətini xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya tərəfini isə nazirliyin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Konrad H.Arz von Straussenburq təmsil edib", - o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top