Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Asiyada Etimad Tədbirləri Konfransının (AETİK) inkişafına töhfəsinə görə Azərbaycana təşəkkür edib.
Demokrat.az xəbər verir ki, məlumat Qazaxıstan prezidentinin Mətbuat Xidməti tərəfindən dərc edilib.
Tokayev AETİK-in bütün iştirakçılarına uğurlar arzulayıb və Qazaxıstanın etibarlı dostu olan Azərbaycana təşkilata yüksəksəviyyəli sədrliyi və dialoq, etimad və tərəfdaşlığın gücləndirilməsi istiqamətində yorulmaz səylərinə, həmçinin AETİK-in institusional inkişafına töhfəsinə görə səmimi minnətdarlığını bildirib.
K.J.Tokayev ayrıca Qazaxıstanın energetika, rəqəmsallaşdırma, logistika və kənd təsərrüfatı sahəsindəki prioritetləri üzərində dayanıb.
O, infrastrukturun modernləşdirilməsinin dəniz limanlarının, avtomobil yollarının və dəmir yolu marşrutlarının tikintisi və yenilənməsi də daxil olmaqla, beynəlxalq tərəfdaşların fəal iştirakı ilə həyata keçirildiyini vurğulayıb.
Dövlət başçısı rəqəmsal transformasiya və süni intellektin ölkənin inkişafının yeni mərhələsinin əsası olacağını bildirib.
"Biz qlobal dəyər zəncirlərinə tam inteqrasiya olunmuş və iqlim və dayanıqlı inkişaf məqsədlərinə uyğun dayanıqlı iqtisadiyyat qururuq. Bu uzunmüddətli məqsədlərə çatmaq üçün beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlığa sadiqik. Fürsətdən istifadə edərək, bu mühüm strategiyanın həyata keçirilməsində diplomatik icmanın xüsusi rolunu vurğulamaq istərdim", - deyə K.J.Tokayev fikrini yekunlaşdırıb.