Salyanda “2 iyul - Azərbaycan Polisi Günü” qeyd edilib.
Demokrat.az xəbər verir ki, tədbirdə RİH başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon polis şöbəsinin şəxsi heyəti, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları Heydər Əliyev adına Parkda Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, müasir, müstəqil Azərbaycanın banisi və qurucusu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Tədbir Salyan Rayon Polis Şöbəsinin inzibati binasında rəsmi yığıncaqla davam etmişdir. Azərbaycan polisinin yaranmasının 107 illiyi münasibətilə keçirilən tədbirdə Məruzə ilə çıxış edən Rayon Polis şöbəsinin rəisi, polkovnik Nəzər Əsgərov polis əməkdaşlarını Azərbaycan Polisi Günü münasibətilə təbrik edib, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanlanmış təbrikini çatdırıb.
Tədbirdə RİH başçısı Rüstəm Xəlilov 107-ci ildönümü münasibətilə bütün polis əməkdaşlarını və veteranlarını təbrik edib, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Rayon rəhbəri bildirib ki, bu gün yüz ildən artıq dövrü əhatə edən şanlı dövlətçilik salnaməsində Azərbaycan polisi milli kimliyin, müstəqilliyin və əmin-amanlığın keşiyində ayıq-sayıq dayanıb. Hər il iyulun 2-də təntənə ilə qeyd olunan peşə bayramı bu fədakar insanların Vətən qarşısındakı misilsiz xidmətlərinə xalqın və dövlətin dərin ehtiramının təcəssümüdür. Azərbaycan polisi bu gün də “Xalqa xidmət, dövlətə sədaqət” prinsipinə sadiq qalaraq, cəmiyyətin etimadını qazanmış, insan hüquqlarının qorunması, ictimai asayişin təmin olunması, cinayətkarlığa qarşı mübarizə və müasir texnologiyaların tətbiqi sahəsində mühüm uğurlara imza atıb.
İcra başçısı Rüstəm Xəlilov polis əməkdaşlarının xidməti fəaliyyətini yüksək qiymətləndirərək ölkəmizin daxili sabitliyinin və ictimai asayişin keşiyində ayıq-sayıq dayanan bütün polis əməkdaşlarına möhkəm can sağlığı, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Salyan rayon Prokuroru Rəşad Mansurov polis işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, Azərbaycan polisinin ən çətin məqamlarda dövlətçiliyimizi qoruduqlarını, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi bu gün də vəzifə borcunu şərəflə yerinə yetirdiklərini diqqətə çatırmışdır. Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Salyan Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ları ilə təltif ediliblər.