"İnsanlar düşünür ki, elə əməliyyat olmuşkən, iki əməliyyatı bir yerdə etdirsinlər. Biz həkimlər sadəcə istəklərə və özümüzün beynimizdə qurduğumuz mülahizələrə əsaslana bilmərik. Hər işin öz qayda-qanunu olduğu kimi, tibb elminin də insanlara faydalı olmağa xidmət edən və illərlə davam edən elmi çalışmalara əsaslanan qayda-qanunları vardır. Altından xətt çəkərək deyirəm ki, tibb elminin insanlara faydalı olan və faydalı olduğu elmi şəkildə əsaslandırılan qayda-qanunlar var".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib.
O bildirib ki, bu məsələdə “mən düşünürəm ki, belə olmalıdır,” kimi fikirlər keçərli deyil:
"Necə ki, maşın sürərkən yol hərəkəti qaydalarına əsaslanmalıyıq, eynilə tibbdə də tibb elminin qaydalarına əsaslanmaq lazımdır. Xəstə çox şey istəyə bilər. Bəs məsələdə tibb elmi nə deyir?
Aparılan araşdırmalar onu göstərir ki, sırf abdominoplastikanın (qarın gərmə əməliyyatının) qeysəriyyə ilə birlikdə edilməsi tövsiyə olunmur. Birincisi, qarın hamiləlik zamanı böyüyür, ancaq 6 ay sonra o qarın onsuz da kiçiləcək. İkincisi, hər əməliyyat kimi abdominoplastikanın da ağırlaşmaları var və statistika göstərir ki, qeysəriyyə əsnasında edilən abdominoplastikalarda ağırlaşmalar daha çox olur. Ona görə də alimlər, dünya elmi tövsiyə edir ki, həm qərar vermək, həm də əməliyyatı icra etmək üçün qeysəriyyə əməliyyatından sonra ən azı 6 ay gözlənilsin".
Qeysəriyyə əməliyyatı əsnasında abdominoplastika edilməsi məsləhət görülmür, doğru deyil. Başqa əməliyyatlara isə ümumiyyətlə, yer verilməməlidir.
Qeyd edək ki, son dövrlər qeysəriyyə əməliyyatı zamanı digər prosesləri etdirənlərin də sayı artıb. Bu baxımdan həkimlər arasında kəskin fikir ayrılığı var.
Əfsanə Kamal
Demokrat.az