Bu sahədə olan ƏDV-lərin yarısı geri qaytarılacaq — AÇIQLAMA

GÜNDƏM 10 iyun 2025, 14:08
"Bu qərarın əhəmiyyəti mədəniyyət sahəsinə aid olan obyektlərə marağın artırılmasına xidmət edir. Əvvəllər nağdsız halda bilet alarkən Əlavə Dəyər Vergisinin (ƏDV) cəmi 17.5%-ni geri ala bilirdik".

Bu sözləri Demokrat.az-a açqılaasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

"İndi isə gələn aydan etibarən bilet üçün ödənilən ƏDV-nin yarısını geri almaq hüququ veriləcək. Bütün bunlar mədəniyyət sahəsinə təşfiq üçündür. Məsələn, vətəndaş 10 manatlıq biletdə 1 manat 80 qəpik ƏDV ödəyirdik. Gələn aydan etibarən həmin 1 manat 80 qəpiyin 50%-ni geri alacağıq. Bu da mədəniyyət obyektlərinə gələn insanların sayının artmasına kömək edə bilər".

Qeyd edək ki, iyulun 1-dən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi ("ƏDVcashback") geri qaytarılacaq.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top