“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü”

KRİMİNAL 10 iyun 2025, 13:25
Masallıda yenidoğulmuş övladı vəfat edən şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyunun 7-si Yardımlı rayon sakini 1985-ci il təvəllüdlü Pərviz Gönlüşad oğlu Bağırov prokurorluğa ərizə ilə müraciət edib.

O bildirib ki, iyunun 3-ü Masallı Rayon Mərkəzi Xəstəxanasında Doğum və Ginekologiya şöbəsinin müdiri Təhminə həkim ondan 6000 manat pul alıb və səhlənkarlıq nəticəsində yenidoğulan övladı orada vəfat edib.

Müraciətlə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 iyun 2025, 00:07
Top