Politoloq: "Azərbaycan öz torpaqlarını azad etdikdən sonra..."

GÜNDƏM 04 iyun 2025, 18:49
"Bundan əvvəl də Bakıda Fransa kolonizminə qarşı tədbirlər keçirilib və bu artıq ənənə halını alıb. Azərbaycan ümumilikdə dünyada müstəmləkə sistemini və kolonial siyasəti ifşa edir və faktiki olaraq hal-hazırda dünyanın əsas belalarından biri olan müstəmləkə sisteminin qarşısında duran əsas dövlətlərdən biridir. Baxmayaraq ki, Fransa faktiki olaraq həmin bölgələrdə geniş müstəmləkəçilik siyasəti aparır və uzun illərdir xalqları əsarət altında saxlamaqla məşğuldur, bu günə qədər Fransanın qarşısına bu məsələdə çıxan dövlət olmayıb".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. 

O bildirib ki,  Azərbaycan isə haqlı olaraq beynəlxalq hüququn prinsiplərini əsas tutaraq həmin ölkələrə yardım göstərir və onların haqq səsinin dünya ictimaiyyətinə çatdırılması yolunda addımlar atır:


"Bu, kifayət qədər mühüm bir faktdır və Azərbaycan dövlətinin humanizm prinsiplərini bir daha nümayiş etdirir. Bu il keçirilən Fransa neokolonializminə qarşı tədbirdə də mühüm məsələlərin gündəmə gələcəyi gözlənilir. Faktiki olaraq artıq ölkəmiz həmin xalqların ümid yerinə çevrilib. Onlar Azərbaycana Fransa müstəmləkə sisteminin süqutunda və öz azadlıqlarına qovuşmaq yolunda böyük ümid bəsləyirlər. Bu, həqiqətən də sevindirici haldır.

Azərbaycan öz torpaqlarını azad etdikdən sonra ümumilikdə qlobal məsələlərin həlli ilə bağlı çox mühüm işlər görür, mühüm tədbirlər və görüşlər keçirir. Bu isə ölkəmizin nüfuzunun yüksəlməsinə xidmət edən əsas amillərdəndir və Azərbaycanın qlobal siyasət müstəvisində uğurla fəaliyyət göstərdiyinin göstəricisidir."


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top