Ucuz avtomobil idxalı tıxacın yaranmasının əsas səbəblərindən biridir — Deputat

GÜNDƏM 04 iyun 2025, 18:27
Paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisad, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələyə çevrilib. Hökumət Bakının 2040-cı il Baş Planında demoqrafik vəziyyətlə bağlı göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3,17 milyon nəfər olacaq. Halbuki qeyri-rəsmi məlumatlara görə həmin sayda əhali indi Bakıda yaşayır.

Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, Bakının nəqliyyat problemi artıq təkcə tıxac deyil, həm də sosial və iqtisadi böhran göstəricisinə çevrilib:

“Sıxlıq, vaxt itkisi, stres və yanacaq sərfi nəticə etibarilə həm insan kapitalına, həm də şəhər büdcəsinə zərər vurur. Metro xətlərinin genişləndirilməsi, sürətli avtobus zolaqlarının tətbiqi və dəmir yolunun sərnişin daşımasında aktivləşdirilməsi ciddi təsir göstərə bilər. Ali təhsil müəssisələrinin və iri dövlət idarələrinin bir hissəsinin regionlara köçürülməsi, regional sənaye və biznes zonalarının yaradılması Bakıya köçün qarşısını ala bilər.  Ucuz avtomobil idxalının məhdudlaşdırılması bu yükü azalda bilər. Rayonlarda səhiyyə, təhsil, mədəniyyət və istirahət infrastrukturunun gücləndirilməsi, həm də məşğulluq imkanlarının artırılması regionda yaşamağı cəlbedici edə bilər. Bu sahədə yalnız texniki yox, həm də sosial və strateji yanaşma tələb olunur. Dövlət, bələdiyyələr və ictimaiyyət birgə hərəkət etməlidir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top