"Təəssüf ki, bu bir reallıqdır. İlk dəfə deyil ki, bu hal baş verir. Bunu biz davamlı olaraq müşahidə edirik ki, regionlarda olan abituriyentlər şəhərdəkilərdən daha yüksək, daha yaxşı nəticə göstərirlər. Bu cür uğurlar özünü daha çətin şəraitdə yaşayan və imkanı olmayan ailələrdə göstərir. Yüksək nəticələri olan uşaqlar ya imkansız ailələrdən, ya da yaxşı məktəblərdə təhsil almayanlar olurlar".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Deputat hesab edir ki, bu ayrıca bir araşdırma mövzusudur və araşdırıla bilər:
"Görünür ki, bu tip məktəblərdə, çətin ailələrdə uşaqlara qarşı daha tələbkar davranış var. Onların öyrənməsi üçün, yaxşı təhsil alması üçün daha çox səylər göstərilir. Bu proses özünü onda göstərir ki, yaxşı nəticə göstərən uşaqlar daha yaxşı oxuyurlar. Ona görə burada məktəbin və ailələrin rolu həddindən artıq önəmlidir".
Qeyd edək ki, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini bu il də qabaqlayıb.
Əfsanə Kamal
Demokrat.az