"Pensiyaya çıxan qadınların bəziləri mənə zəng vurub deyirlər ki, müqaviləmizi artırsınlar. Bəzilər pensiyaya çıxmaq istəmir. Nazirlikdə, tibb sahəsində işləyənlər, müəllimlər müraciət edir ki, bir il də əlavə işləyə bilsinlər. Bu, başqa məsələdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Aqil Abbas deyib.
O bildirib ki, qadın 60 yaşda pensiyaya çıxmalıdır:

Qadınla kişi arasında bərabərlik başqa şeydir, ancaq pensiyaya çıxmaq yaşının hər ikisində 65 olması doğru deyil. Pensiya məsələsində bərabərlik ola bilməz.
Qeyd edək ki, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İyulun 1-dən isə əmək pensiyası hüququ olan qadınların yaşı 64 il 6 aya qalxacaq.
Əfsanə Kamal
Demokrat.az