XalqKart indi pulsuz!

MALİYYƏ 03 iyun 2025, 15:05

Müştərilərə müxtəlif loyallıq imkanları təqdim edən XalqKartı indi pulsuz əldə etmək mümkündür. 31 iyuladək 3 illik XalqKart Petrol və XalqKart Cashback kartları müştərilərə pulsuz təqdim ediləcək!

Xalq Bankın təqdim etdiyi XalqKart Petrol kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:

–  AZN qalığına illik 8% əlavə gəlir;

– Ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;

– Aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;

–  Onlayn sifariş və pulsuz çatdırılma.

Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər. Qeyd edək ki, kampaniyaya ayrılmış kart sayı məhduddur.

XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/  səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az//  rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyun 2025, 10:29
05 iyun 2025, 09:22
Top