Yay aylarında açıq havada daha çox vaxt keçirmək gənələrin dəri ilə təmas riskini artırır.
Demokrat.az xəbər verir ki, hündür otlarda yaşayan bu təhlükəli araxnidlər müxtəlif xəstəliklərin patogenlərini daşıyır.
Məsələn, “Lyme” kimi ciddi xəstəlik yarana bilər. Xəstəlik dəri, oynaqlar və sinir sisteminə təsir göstərir. İnfeksiyadan sonra demans və periferik sinir iflici riski də artır.
Mütəxəssislər gənələrin dəriyə yapışma riskini azaltmaq üçün həşərat qovuculardan istifadə etməyi, hündür otların olduğu meşəlik sahələrdən qaçınmağı və paltarda həşəratların olub-olmadığını diqqətlə yoxlamağı tövsiyə edir. Digər təsirli məsləhət isə təmiz havada gəzintidən dərhal sonra duş qəbul etməkdir.
Alimlər izah edib ki, gənələr əvvəlcə dişləmək və yapışmaq üçün uyğun yer axtarmağa vaxt sərf edirlər. Vaxtında duş almaq təhlükəni əvvəlcədən aradan qaldırmağa imkan verir.
Əfsanə Kamal
Demokrat.az