Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi ciddi ekoloji fəlakətlərə səbəb olur. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib. O qeyd edib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması balıqçılıq sənayesinə ciddi təsir edir: “Bu, süni torpaq sahələrinin yaranması baxımından yaxşı olsa da, Xəzər bizə dəniz kimi lazımdır”.
Bununla bağlı ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında burada yaxşı bir şey olmadığını qeyd edib:
“Xəzərin səviyyə tərəddüdü həmişə olubdur. Sonuncu ən aşağı səviyyə 1978-ci ildə müşahidə olunub. İndi Xəzər özünün tarixi minimumuna çox yaxındır. Ona görə bunu çox da faciəvi bir şey hesab etmək olmaz. Sadəcə, Xəzərin səviyyəsinin enməsinə düzgün uyğunlaşma lazımdır ki, bu da özünü ölkənin “Milli Adaptasiya”proqramında tapıb. İndi sahil regionları üçün çox spesifik uyğunlaşma fəaliyyətlərinin işlənilməsi zəruridir. Xaçmazdan tutmuş Astara rayonuna qədər bütün sahil rayonları üçün rayon adaptasiya planlarının işlənilməsi çox zəruri bir məsələ kimi ortalığa çıxır”.
Leyla Turan
Demokrat.az