Atası da mina qurbanı olubmuş...

GÜNDƏM 31 may 2025, 08:41
Xəbər verdiyimiz kimi, Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb. Hadisə nəticəsində o, bir ayağını itirib.

Demokrat.az  APA-ya istinadən xəbər verir ki, Telman Hüseynovun atası da mina qurbanı olub.

Belə ki, T. Hüseynovun atası Əhməd Hüseynov 1992-ci il 16 iyun tarixində Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mal-qara otaranda minaya düşərək həlak olub.

Fotoda Telman Hüseynov 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top