Bu ilin I rübündə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % artaraq 868,3 min olub. İl ərzində Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrinin sayı isə 10,8 % artaraq 383,4 min olub ki, bu da ümumi gecələmələrin 44,2 %-ini təşkil edir.
Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında deyib ki, xaricdən gələn turistlərin ümumi sayında azacıq azalma müşahidə olunub təxminən 1%-ə qədər:
“Bu azalma əsasən mövsümi amillərlə əlaqələndirilə bilər, çünki ilin ilk ayları adətən turizm baxımından ən zəif dövr hesab olunur. Bununla yanaşı, diqqətçəkən digər vacib detal isə turistlərin gecələmə müddətinin artmasıdır. Yəni, əvvəlki dövrlərlə müqayisədə qalan turistlər daha uzun müddət otellərdə və yerləşmə obyektlərində qalırlar. Bu isə deməyə əsas verir ki, bu turistlər sırf tranzit keçid deyil, məqsədli şəkildə turizm üçün gəlirlər. Xüsusilə, Bakıdan sonra ən çox turist axını Qusara yönəlib bu da göstərir ki, artıq regionlara maraq artır və Qusar bölgəsi ikinci populyar istiqamətə çevrilib. Bu da yerli turizm potensialının genişləndirilməsi və təbliği üçün müsbət siqnaldır. Hava sərhədlərimiz açıqdır və insanlarımız müxtəlif ölkələrə səyahət edə bilirlər, bu, həm də onu göstərir ki, ölkə daxilində aktivlik hələ də qalmaqdadır”.
Ekspert diqqətə çatıdırb ki, gecələmələrin 44%-i Azərbaycan vətəndaşları olubdur:
“Statistikaya əsasən, keçən il Azərbaycana gələn turistlərin sayı təxminən 2,6 milyon olub. Bu rəqəm COVİD-dən öncəki dövrlə yəni 2019-cu illə müqayisədə təxminən 25-26% daha azdır. O vaxt bu göstərici 3,2 milyon idi. Amma 2019-cu ildə ölkədən çıxan turistlərin sayı 5,5 milyon olmuşdu ki, 2024-cü ildə bu rəqəmin heç yarısı qədər də olmayıb. Bu mənada, getmə turizmi hələ də tam bərpa olunmayıb və vətəndaşlarımız xarici ölkələrə səyahətdən daha çox ölkə daxilində istirahət etməyə üstünlük verirlər”.
Leyla Turan
Demokrat.az