Rusiyada yaşayan azərbaycanlılara tibbi xidmət göstəriləcək?

GÜNDƏM 29 may 2025, 16:20
Rusiyada miqrantlara qarşı daha bir qadağa qüvvəyə minə bilər. Dövlət Dumasının deputatı Sergey Mironov Rusiya dövlət xəstəxanalarında pulsuz doğumun qadağan edilməsini təklif edib. Deputat hesab edir ki, icbari tibbi sığorta paketində pulsuz tibbi xidmətin yalnız Rusiya vətəndaşlarına şamil olunması səhiyyənin və vergi ödəyicilərinin yükünün azaldılmasına kömək edəcək.

Bu barədə siyasi şərhçi Əziz Əlibəyli  Demokrat.az-a açıqlama verib.

O deyib  ki, statistik rəqəmlər də göstərir ki, Rusiyada yaşayan azərbaycanlıların ümumi payı düşündüyümüz qədər böyük deyil:

“Buna görə də diqqəti daha çox ölkə daxilindəki tibbi xidmətlərin keyfiyyətinin artırılmasına yönəltmək daha səmərəli olar. Xüsusilə, icbari tibbi sığorta paketi çərçivəsində təqdim olunan xidmətlərdən ölkə vətəndaşlarının tam şəkildə yararlanması üçün sistemin daha da təkmilləşdirilməsi vacibdir. Eyni zamanda, ehtiyac yarandıqda, digər ölkələrlə, o cümlədən Rusiya ilə tibbi yardım sahəsində qarşılıqlı əməkdaşlıq mexanizmlərinin mövcud olması da əlavə bir dəstək kimi faydalı ola bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top