"Qadın sərnişinlərlə sürücülər arasında münaqişələr şiddətlənə bilər" — Tanınmış vəkil

GÜNDƏM 28 may 2025, 12:12
"Hesab edirəm ki, ictimai nəqliyyatda qadın sürücülər olsa, sərnişinlərlə sürücülər arasında olan problemlər də aradan qalxacaq. Çünki bizdə başqa ölkələrə nisbətən qadına olan münasibət fərqlidir".

Bunu Demokrat.az-a vəkil Mehman Muradlı deyib. O bildirib ki, digər tərəfdən sürücülərlə qadınlar arasında mübahisələr şiddətlənə bilər:

"Amma söhbət ondan gedir ki, sürücülərlə qadın sərnişinlər arasında olan münaqişələrin sayı çoxalacaq. Qadınlar arasında bir aqressiv təbəqə var, onlar üçün fərqi yoxdur sürücü kişidir ya qadın. Ona görə bəlkə daha da şiddətlənəcək o məsələ".



Xatırladaq ki, artıq Azərbaycanda avtobuslarda qadın sürücülər də fəaliyyət göstərəcək. Bununla bağlı "Bakubus MMC" vakansiya elan edib.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top